"Səbail"in futbolçusu mövsümü başa vurdu

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Səbail" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, matçın 29-cu dəqiqəsində zədələnən ukraynalı qapıçı Aleksandr Rıbkanın vəziyyəti yaxşı deyil. Dizindən zədə alan qapıçının mövsümün son iki turunda meydana çıxmayacağı bəlli olub. Onun son durumuna sabah tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.

Qış fasiləsində "Səbail"ə keçən 32 yaşlı əlcək sahibi Premyer Liqada 11 oyunda meydanda çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right