"Barselona" La Liqada çempion oldu

İspaniya La Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, "Barselona" 35-ci turda "Levante"yə 1:0 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirib.

Xallarını 84-ə çatdıran katalonlar ikinci pillədəki "Atletiko"nu 9 xal qabaqlayır və şəxsi oyunlarda rəqibindən üstündür.

Bu, "Barselona"nın 26-cı ölkə çempionluğu olub.

"Barselona" - "Levante" - 1:0

Qol: Lionel Messi, 62

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right