Əhmədov: "İrəli çıxmalarını tələb etsəm də, futbolçular geri çəkildi"

Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Elşad Əhmədov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

“Deməzdim ki, baxımlı oyun izlədik. Lakin meydanda mübarizə var idi. Birinci hissə demək olar, tam üstünlüyümüzlə keçdi. İkinci hissədə qol vura bildik. Nə qədər uşaqlardan irəli çıxmalarını tələb etsəm də, psixoloji amil əsas rol oynadı, futbolçular geri çəkildi. Ola bilsin, müəyyən qədər yorğunluq da rol oynadı. Deməzdim ki, pis oynadıq. Ancaq son 15 dəqiqədə müdafiə olunmağımız ziyanımıza oldu".

Əhmədov 90+4-cü dəqiqədə buraxdığı qolla bunları deyib: "O ki qaldı qol buraxdığımız epizoda, həmin anda yan xətt hakiminin oyundan kənar vəziyyətlə bağlı bayraq qaldırdığını düşünmüşdüm. Həmişə hakimlərin qərarlarını müzakirə etməməyə çalışmışam. Ancaq bu qərarı başa düşmək mümkün deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right