Bordin: "Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdur"

Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Roberto Bordin oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

- Bizim üçün üzücü gündü. Bəzi səhvlərimiz oldu. Xüsusilə də, 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli epizodlar yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.

- Oyundan əvvəl “Sumqayıt”ın heyətinə baxmışdızmı? Rəqibin ehtiyat qüvvə ilə oynaması və kuboku düşünməsi arxayınlıq yaratmamışdı ki?
- Rəqibin necə, hansı heyətlə oynayacağıını bilmədən hazırlamışdım komandamı. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik.

- Bundan sonra “Qarabağ”ı geridə qoymağınız çox çətindi. Ümumi çempionatı dəyərləndirsəz, rəqib çempionluğu qazandı, yoxsa “Neftçi” hədiyyə etdi?
- “Qarabağ” riyazi cəhətdən çempionluğu rəsmiləşdirsə, bu sualı cavablandıraram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdu. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bunu saxlaya bilmədik.

- “Sumqayıt”dan bu mövsüm iki zərbə almısız. Aşağı sıralarda qərarlaşan rəqiblə belə çətinlik çəkməyinizin səbəbi nədi?
- Deməzdim ki, "Sumqayıt"la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümü nəzərə almaq lazımdı. Təkcə "Sumqayıt"la görüşlər deyil, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik.

- Səmimi olsaz, "Neftçi"nin çempionluğunun möcüzəyə bərabər olduğunu deyə bilərsizmi?
- Futbolda mümkünsüz heç nə yoxdu. Qarşıdakı oyunları gözləməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right