Ayxan Abbasov: "Nəsə desəm, başqa cür başa düşülər"

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

- Bilirdik ki, çətin olacaq. Bizim durumumuz elə də yaxşı deyil. Çempionatda xal lazım idi, kubokda isə vacib oyunumuz var. Bu gün gənc futbolçular oynamaq üçün alışıb-yandıqlarını göstərdilər. Futbolçularımla fəxr edirəm. Önəmli 3 xal qazandıq.

- “Sumqayıt”ın bu oyunu kuboka qurban verəcəyi gözlənilirdi. Qələbə qazanacağınıza inanırdız?
- Kuboku fikirləşirik. Heyətdən də görünürdü. Amma bu gün meydana buraxdığımız futbolçulara inanırdıq. İnanmadığımız futbolçular bizimlə deyillər. Ən rahat hazırlaşdığımız oyun idi. Çalışdıq ki, futbolçuları təzyiq altına salmayaq. Hər oyunda komandama inanıram.

- “Neftçi”nin sizdən çəkdiyi nədi?
- Nə mənada?

- Kubokda da bu komandanı keçmişdiz, çempionatda xal almışdız, bu gün ehtiyat qüvvə ilə qalib gəldiz...
- Bu barədə nəsə desəm, başqa cür başa düşülər. Hər komandaya qarşı yaxşı hazırlaşırıq. Elə komandalar var ki, qalib gəlmək problemdi. “Neftçi” ilə oyunlar həmişə maraqlı keçir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right