Sənan Qurbanov: "Bürünc medal şansımız möcüzəyə bağlıdır"

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

“Hər iki komanda üçün vacib oyun idi. Dörd gündən bir meydana çıxmaq bir az çətindir. Rotasiya edə bilmədik. Futbolçularda psixoloji yorğunluq var idi. Bunu aradan qaldırmağa çalışdıq. İkinci hissədə daha yaxşı oynadıq. Əlverişli qol imkanları yaratdıq. Amma bu imkanlardan istifadə edə bilmədik. Məğlub olunacaq oyun deyildi. Xüsusilə də ikinci hissəyə əsasən belə demək olar. Bu oyun geridə qaldı. Qarşıdakı kubok matçına ciddi hazırlaşmalıyıq".

Qurbanov üçüncü yeri tutmaq şanslarının möcüzəyə bağlı olduğunu deyib: "Bürünc medal şansımız möcüzəyə bağlıdır. Biz peşəkarıq, sonadək işimizi davam etdirməliyik. Çempionatda iki oyunumuz qalıb, maksimum nəticə qazanmağa çalışacağıq. Sabahdan kubok görüşünə hazırlıqlara başlayacağıq. Çox ciddi oyunumuz var. Əlbəttə ki, çətin olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right