"Səbail"də ciddi itki: meydanı xərəkdə tərk etdi

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"ni qəbul edən "Səbail" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin qapıçısı Aleksandr Rıbka 29-cu dəqiqədə hava topuna müdaxilə edərkən rəqib futbolçuyla toqquşub. Ukraynalı qapıçı oyunu davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Elxan Əhmədov daxil olub.

İlk hissəsi keçirilən oyunda "Səbail" 2:1 hesabı ilə öndədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right