“Traktorsazi” yenə uduzdu

Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Zobahan”la qarşılaşıb. Son iki oyunda uduzan “traktorçular” bu oyundan da məğlubiyyətlə ayrılıb - 0:2.

Təbrizin digər təmsilçisi - “Maşinsazi” isə bu turda “Saypa” ilə ev oyununda heç-heçəyə razılaşıb – 0:0.

“Traktorazi” hazırda 49 xalla 16 iştirakçı arasında 4-cü, “Maşinsazi” isə 28 xalla 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right