Akpoveta 1-ci, Ağayev 10-cu dəfə simvolik komandada

“InStat” şirkətinin təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XXV turunun rəmzi komandası müəyyənləşib. Newsport.az saytı xəbər verir ki, "Səbail"in hücumçusu Oke Akpoveta ilk dəfə simvolik komandada qərarlaşıb.

Əvəzində "Neftçi"nin qapıçısı Səlahət Ağayev 10-cu dəfə ən yaxşılar sırasına düşüb. Turun ən yaxşı futbolçusu seçilən "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir isə 9-cu dəfə simvolik heyətdə yer alıb.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)-10

Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”)-4, Rəşad Sadıqov (“Qarabağ”)-2, Bədavi Hüseynov (“Qarabağ”)-6, Abbas Hüseynov (“Qarabağ”)-5

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-9, Riçard Almeyda (“Qarabağ”)-5, Markos Madera (“Qarabağ”)-6, Dani Kintana (“Qarabağ”)-8

Hücumçular: Oke Akpoveta (“Səbail”), Mahir Mədətov (“Qarabağ”)-8





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah