"Neftçi" rəhbərliyi 21 min dollar mükafat vəd etmişdi"

"Neftçi"nin sabiq hücumçusu Melvin Platye Bakı klubundakı karyerasından danışıb.

Newsport.az-ın "sports.vice.com" saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı futbolçu "ağ-qaralar"ın heyətində 2013-2014 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya "Skenderbeu"su ilə keçirilən cavab oyununu xatırlayıb. 30 yaşlı forvard həmin vaxt klub rəhbərliyinin mərhələni keçməyə görə komandaya vəd etdiyi mükafatın məbləğini də açıqlayıb:

"Evdə qolsuz heç-heçə qeydə alındığından turu keçmək üçün səfərdə ən azı minimal hesabla qalib gəlmək istəyirdik. 88-ci dəqiqədən qol vurmaq üçün yaxşı fürsət yaxaladım. Ancaq başla topu boş qapıdan keçirə bilmədim. Yekun nəticədə 0:1 hesabı ilə uduzduq və mübarizəni dayandırdıq. Mərhələni keçsəydik, 21 min dollar mükafat alacaqdıq. Hər dəfə həmin mənzərə gözümün qabağına gələndə məni ağlamaq tutur".

Platye "Neftçi"də çıxış edərkən başına gələn maraqlı hadisədən də söz açıb: "Azərbaycanda oynadığım vaxt Hollandiyaya məzuniyyətə gəlmişdim. Yaxşı qiymətə özümə "Audi A5" avtomobili aldım. 2 həftə sonra isə onu 3 min avro ucuz satdım. Bu, indiyə qədər etdiyim ən axmaq şeydir".

Qeyd edək ki, 2013-2014 mövsümündə "Neftçi"nin formasını geyinən Platye hazırda Almaniyanın "Telstar" klubunda çıxış edir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah