“Bəhlul Mustafazadə fantastik futbolçudu” Britaniya mətbuatı

Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadənin Şotlandiya nəhəngi “Seltik”in diqqət mərkəzində olması barədə xəbər vermişdik. Newsport.az xəbər verir ki, klub yayda Azərbaycan təmsilçisi ilə müqaviləsi bitəcək oyunçunu baxışa dəvət edəcək və əgər bəyənsə, gənc futbolçu ilə müqavilə imzalanacaq.

“Soccersouls.com” saytı mümkün keçidin “Seltik” üçün faydalı olub-olmayacağı barədə yazıb. Klubun Mustafazadə ilə maraqlanması düzgün addım kimi qiymətləndirilib:

“Seltik”in arxa xəttində keyfiyyətə və say artımına ehtiyac var. Bu mövsüm ölkə daxilində uğurlu nəticələr əldə etdilər, ancaq növbəti mövsüm xüsusilə də avrokubokda yaxşı çıxış etmək üçün dəyişikliklərə ehtiyac var. Bu, əsasən də müdafiə xəttinə aiddi. Dedrik Boyata yayda komandanı tərk edəcək. Bu səbəbdən yeni bir keyfiyyətli mərkəz müdafiəçisinə ehtiyac var”.

Yazı müəllifi Bəhlulun üstün keyfiyyətlərini sadalayıb:

“Bəhlul Mustafazadə bu komanda üçün yaxşı seçim ola bilər. Azərbaycan U-21 millisinin üzvü lazım olarsa, yarımmüdafiədə də oynaya biləcək fantastik futbolçudu. Rəqib hücumları zamanı təhlükəni dərhal sovuşdurmaq əvəzinə rahat oynayan tip futbolçulardandı. Yaxşı fiziki göstəriciləri isə ona həm hücumçularla ikili mübarizələrdə, həm də rəqib cərimə meydançasında üstünlük qazandırır”.

Məqalənin sonunda gənc oyunçunun yoxlanış yoxlanış zamanı özünü göstərə biləcəyi və növbəti mövsüm böyük ehtimalla Şotlandiya klubunda olacağı qeyd edilib:

“Seltik”in onunla birbaşa müqavilə bağlamaq yerinə yoxlanışa çağırmasının doğru olduğunu deyə bilərik. 22 yaşlı futbolçunun öz oyunu ilə onları razı salacağı dəqiqdi və növbəti mövsümün əvvəlində o, “Seltik”də olacaq”.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Mustafazadə bu mövsümdən klubun əsas komandasında çıxış edir və Premyer Liqada 21 oyunda meydana çıxıb. O, daha əvvəl icarə əsasında "Sumqayıt"da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right