Millimiz 3 oyun keçirəcək

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə UEFA İnkişaf turnirində iştirak edəcək. Newsport.az saytı xəbər verir ki, turnir mayın 6-dan 11-dək keçiriləcək.

Millimiz turnir çərçivəsində 3 oyun keçirəcək. Komandamız mayın 7-də Farer adaları (12:00), 9-da Belarus (16:00), 11-də isə Qazaxıstanla (10:00) qarşılaşacaq.

Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right