75-lə 4-cü oldu

Vüqar Mustafayev “Zirə”nin heyətində 75-ci çempionat oyununu keçirib. Newsport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu, Topaz Premyer Liqasının XXV turuna təsadüf edib.

“Qəbələ”ylə səfər matçına (1:2) start heyətində çıxan futbolçu yubiley görüşünün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi bakılıların heyətində Premyer Liqada 75 və daha çox oyun keçirən 4-cü futbolçudu. Yalnız üç oyunçu – Adil Nağıyev (83), Viktor İqbekoyi (81) və Anar Nəzirovdan (81) geri qalan Mustafayevin hesabında 1 qol var.

2016-cı il yanvarın 31-də keçirilən “İnter”lə ev oyununda (2:1) debüt edən müdafiəçi 2015/16 mövsümündə 14, növbəti çempionatda 24 dəfə meydana çıxıb. 2017/18 mövsümündə 26 qarşılaşmanın iştirakçısı olan Vüqar cari çempionatda 11 dəfə şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right