Yarımfinalın təyinatları açıqlandı

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar müəyyənləşib. Newsport.az xəbər verir ki, Peşəkar Futbol Liqası sabahkı qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb.
 
Erkən final hesab edilən "Qəbələ" ilə "Qarabağ"ın duelini Vüqar Həsənli idarə edəcək. Sumqayıtda eyniadlı komandanın "Zirə" ilə matçında isə Səbuhi Bayramov ədaləti qoruyacaq.
 
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
23 aprel (çərşənbə axşamı)
16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu
 
18:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Ceyhun Haşımov
Kapital Bank Arena
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right