Amil Yunanov yayda klubunu dəyişir: Parladığı yerə geri dönür

Azərbaycan millisinin üzvü Amil Yunanov yayda klubunu dəyişməyə hazırlaşır.  

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra "Keşlə" klubundan ayrılacaq. Hücumçu gəldiyi yerə - "Sumqayıt"a qayıtmaq niyyətindədir. "Sumqayıt" tərəfi də onun qayıdışına biganə yanaşmır. 

Qeyd edək ki, Amil Yunanov "Keşlə"nin heyətində 22 oyun keçirib və 5 qolla yadda qalıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right