Nizami Hacıyev Türkiyə klubundan ayrıldı

Azərbaycan milli komandasının sabiq üzvü Nizami Hacıyev Türkiyənin “Çərkəzköy 1911” klubundan ayrılıb. 

Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi klubla gələn mövsümün sonuna qədər mövcud olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, artıq yaşadığı Rusiyaya qayıdıb. 

Nizami ötən ay müqavilə imzaladığı “Çərkəzköy 1911” klubunun heyətində cəmi 3 oyunda meydana çıxıb və 39 dəqiqə oynayıb.

Qeyd edək ki, Nizami Hacıyevin “Keşlə” klubundakı komanda yoldaşı Sinan Akkoyun hazrıda “Çərkəzköy 1911”in uğurları üçün çalışır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right