"İstəyimizə nail olacağıq” - Namiq Ələsgərov

"Çətin oyun alındı. Çox vacib qələbə idi. Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdir. Həm 3 xal qazandığımız, həm də bu qələbədə pay sahibi olduğum üçün çox sevincliyəm. Bunda azarkeşlərimizin də rolu böyükdür. Onlara təşəkkür edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

Sözügedən matçda dubla imza atan 24 yaşlı yarımmüdafiəçi növbəti oyunlara da maksimum nəticə üçün çıxacaqlarını bildirib: "İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olacağıq”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah