Elşad Əhmədov: "Qol epizodunda səhvi var idi"

Azərbaycan Premyer Liqasında XXV turun “Sabah” – “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Oyun haqda çox danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu mövsüm "Neftçi"dən xal ala bilməmişik. Qırmızı vərəqə epizoduna yenidən baxacam.

- Təmkin Xəlilzadənın qovulmasına səbəb nədi? 
- Daxili intizamı pozub. Klubdaxili məsələ olduğuna görə açıqlamaq düz olmaz. Səhvi varsa, cəzalandırılmalıdı. Bu yaxınlarda daha dolğun açıqlama veriləcək.

- İlk qolda Saşa Stamenkoviçin səhvi var idimi? 
-Qol epizodunda səhvi var idi, çıxara bilərdi. Saşa bizim üçün lazımlı futbolçudu. Biz 3-cü yerə qalxanda bu futbolçuların rolu yüksək idi.

- İki hissə arasındakı bu qədər fərqin olması qırmızı vərəqəylə bağlıydımı? 
- Bəli. "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindi.

- Mövsümü belə bitirsəz, rəhbərlik razı qalacaqmı? 
- Çempionata başlayanda əsas məqsədimiz liqada qalmaq idi. Yuxarı yerlərdə olmaq istəyirik. Bacardığımız qədər irəliləmək istəyirik. Çempionat qutaranda rəhbərlik son fikrini deyəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah