"Qəbələ"də ciddi itki

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə"ni qəbul edən "Qəbələ" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin qapıçısı Dmitri Bezotosnı zədələnib. İlk hissənin son dəqiqələrində sağ ayağını yerə basarkən zədələnən ukraynalı qapıçı əvəzlənməli olub. Meydanı ağrılarla tərk edən 35 yaşlı əlcək sahibinin əvəzinə meydana qış fasiləsində "Zirə"dən transfer edilən Anar Nəzirov daxil olub.

Zədəsi ciddi görünən Bezotosnının cari mövsümün son turlarını buraxacağını ehtimal etmək olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right