Azərbaycan çempionatında şübhəli oyun

Region Liqasının yarımfinal mərhələsində aprelin 22-də keçirilməsi nəzərdə tutulan "FC Baku" – "Şahdağ" oyunu təxirə salınıb. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb II play-off mərhələsi çərçivəsində aprelin 6-da baş tutmuş “Füzuli” – “FC Baku” oyununun (0:1) nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı assosiasiyaya daxil olan məlumatdı.

Region Liqasının İşçi Qrupunun bu gün keçirilən iclasında matçın qeyri-müəyyən müddətə təxirə salınmasına qərar verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right