Halldorssondan uğursuz start

Bir neçə gün öncə "Qarabağ"dan ayrılıb ölkəsinin "Valür" klubuna keçən islandiyalı qapıçı Hannes Halldorssonun yeni komandasında debütü uğursuz alınıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı qolkiper ölkə Superkubokunun "Styarnan"la matçında "Valür"ü piz vəziyyətdə qoyub. 45-ci dəqiqədə birbaşa qırmızı vərəqə alan təcrübəli qapıçı komandasının azlıqda qalmasına səbəb olub.


Əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 5:6 hesabı ilə uduzan Reykyavik təmsilçisi titulsuz qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right