"Rubin"in futbolçusu Azərbaycan millisində

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına yığışacaq. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız sabahdan bir araya gələcək.

Bakıda baş tutacaq hazırlıq prosesi 10 gün davam edəcək. Məşqçilər korpusu toplanışa 25 futbolçu dəvət edib ki, onlardan 5-i legioner həyatı yaşayır.

U-17-nin heyəti: Kamran Şəbiyev, Vüsal Qəmbərov (hər ikisi "Sabah"), Elgün Bayramov, Mirəli Əhmədov, Nihat Cəfərov (hamısı "Neftçi"), Cavidan İzzətli, Musa Musazadə, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Süleyman Damadayev, Orxan Səlimov, Ülvi Mədətov, Gülağa Əsədov, Rauf Rüstəmli, Ümid Həmzəyev, Mehrac Baxşəliyev (hamısı "Qəbələ"), Cəlal Hüseynov, Vüsal Əliyev (hər ikisi "Zirə"), Nihad Babayev, Rauf Ağasənov (hər ikisi "Səbail"), Vaqif Həsənov ("Keşlə"), Dnepr David Orucov ("", Ukrayna), Samir Həsənov ("Rubin", Rusiya), Rəsul Qistarov (Ponedelnik Akademiyası, Rusiya), Mustafa Əhmədzadə ("Marcet", İspaniya), Kamran Dəmirçiyev ("Molodeçno", Belarus).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah