"Beynimizə bir neçə fikir gəlir" - Tərlan Əhmədov

"Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib. 

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Qarabağ"a böyük hesabla məğlub olub. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: "İlk qol zamanı qapıçımız Şahin Zəkiyev ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik. Etdiyimiz uşaq səhvləri məni çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fiikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun". 

- Şahin Zəkiyevin durumu necədir?

- Hal-hazırda xəstəxanadadır. Burnu və göz altında sümüyü sınıb. 

- Texniki zonadan uzaqlaşdırılmağınız nə ilə bağlıdır?

- Şahinə olan zərbəyə görə etiraz edirdim. Qol qeydə alınmamalı idi. Con Kamaranın da vərəqəsinə etirazımı bildirdim. Mən də futbolçu olmuşam. Kamaranın epizodunda müdaxilə yox idi. Ancaq sarı vərəqə aldı. 

- Dediniz ki, məndə bəzi fikirlər formalaşıb. Nədir bunlar?

- Qış fasiləsindən sonra artıq ikinci hissədə qol buraxırıq. Bunlar araşdırılmalıdır. Səbəbini axtarır, bilmək istəyirik ki, komanda niyə ikinci hissədə qollar buraxır. Beynimizə bir neçə fikir gəlir. 

- Totalizator ola bilər?

- Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına gorə bilmirəm. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right