Tərlan Əhmədov qovuldu

Azərbaycan Premyer Liqasının 25-ci turuna səfərdə “Qarabağ”ın qonağı olan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov texniki zonadan qovulub.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis matçın 18-ci dəqiqəsində “Qarabağ”ın hesabı açmasından sonra hakimlərə sərt şəkildə etiraz edib. Əhmədov ağdamlıların hesabı açarkən qapıçıya qarşı qayda pozuntusuna yol verildiyini iddia edib. Oyunun baş hakimi Əliyar Ağayev kəskin etirazlarına görə Tərlan Əhmədovu texniki zonadan uzaqlaşdırıb.

Qeyd edək ki, ilk hissəsi keçirilən oyunda "Keşlə" 0:1 hesabı ilə uduzur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right