Millinin sabiq üzvü Almaniyada klub axtarır

"Zirə"nin hücumçusu Pərdis Fərcad-Azad mövsümün sonunda klubdan ayrılacaq.

 

Newsport.az xəbər verir ki, qış fasiləsindən sonra daha çox əvəzedici komandada oynayan 31 yaşlı hücumçu Azərbaycanı tərk etmək fikrindədir. Millinin sabiq üzvü doğulduğu Almaniyada klub axtarır.

 

Qeyd edək ki, Pərdis 2012-ci ildə Azərbaycana gəlib. O, 2016-cı ilə qədər "Sumqayıt"da çıxış edib. Futbolçu 2016-2018-ci illərdə "Keşlə"nin şərəfini qoruyub. Pərdis ötən yaydan "Zirə"nin formasını geyinir. Hücumçu 6 dəfə Azərbaycan yığmasında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right