MOİK səfərdə, "Kəpəz" evdə uduzdu

Birinci divizionun 23-cü turunda bu gün daha 2 oyun keçirilib.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "Kəpəz" Gəncədə "Sumqayıt-2"yə, MOİK isə səfərdə "Neftçi-2"yə uduzub.

Turun “Zaqatala” - “Qarabağ-2” matçı isə güclü yağış səbəbindən təxirə salınıb.

17 aprel (çərşənbə)

"Kəpəz" - "Sumqayıt-2" - 1:3
Qollar: Fərid Məmmədov, 12 - Fərid Bayramov, 55 (ö.q.), Baxşəli Baxşəliyev, 76, İsmayıl Babayev, 84

"Neftçi-2" - MOİK - 4:1
Qollar: Elnur Süleymanov, 8, 11, 62, Əlibəy Məmmədli, 84 - Raul Yaqubzadə, 44 (p.))


Qeyd edək ki, 23 turdan sonra MOİK 56 xalla birinci, "Sumqayıt-2" 53 xalla ikinci, "Neftçi-2" 45 xalla üçüncü, "Kəpəz" isə 19 xalla onbirincidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right