Təhqirin, aqressivliyin və oyuna gəlməməyin cəzası...

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında aşağı yaş qrupu üzrə liqalarda baş vermiş neqativ hallar müzakirə edilib. Newsport.az saytının məlumatına görə, İK yenə aqressiv davranış və təhqirlərə görə, cəza "yağdırıb".

Bakcell U-17 Liqasının “Tufan” – “Sabah” matçının sonlarında hakimlər briqadasını təhqir edən birincilərin futbolçusu Nurlan Nuriyev 4 oyun komandasına kömək edə bilməyəcək. Həmin liqanın “Xəzər Lənkəran” – “Qəbələ” görüşündən sonra “Xəzər Lənkəran”ın üzvü Əli Tağızadə təhqiredici ifadələr işlədibsə, “Qəbələ”li Emil Səfərov aqressiv davranışla yadda qalıb. Qırmızı vərəqə alan hər iki oyunçuya 3 matçlıq cəza kəsilib.

U-16 Liqanın “Viləş” – “Zirə” görüşündə “Zirə”nin futbolçusu Nurəli Nurəliyev aqressiv davranışa yol verdiyi üçün 3 oyunluq diskvalifikasiya olunub.

Futzal üzrə II Liqanın “Obolon” – “Advokat” matçında ikincilərin məşqçisi Fuad Rzayev, AZMİU – “Metropoliten” görüşündə isə birincilərin oyunçusu Hakan Erik hakimi təhqir edib. Məşqçiyə 5, futbolçuya da 3 oyunluq cəza kəsilib.

Bundan başqa, iki komandaya da texniki məğlubiyyət verilib. Belə ki, Yüksək Qızlar Liqasının “Qubek” (Balakən) – 8 №-li “İOEUGİM” qarşılaşmasında “Qubek” əvəzetmə limitini pozub. Futzal üzrə II Liqasının ADBTİA – “Sovetski” oyununda isə “Sovetski” iştirak etməyib. Hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right