Xərək daşıyanlara görə cərimə kəsildi

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında I divizionun XXI və XXII turunda baş verən hadisələr müzakirə olunub. Newsport.az saytı xəbər verir ki, İK yenə bəzi komandaları cəzalandırıb.

MOİK-lə oyun bitdikdən sonra təhqiredici ifadələr işlətən “Qarabağ-2”nin futbolçusu Məmməd Hüseynov 3 oyunluq diskvalifikasiyaya məruz qalıb, klub isə 160 manat cərimələnib.

“Səbail-2” – “Qaradağ Lökbatan” və “Sumqayıt-2” – “Sabah-2” qarşılaşmaları ilə bağlı isə maraqlı cəza tətbiq edilib. Belə ki, hər iki görüşdə meydan sahiblərinin xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığından, komandalar 80 manatlıq cəriməyə məruz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right