Aleksandr Rıbkaya 3 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Newsport.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının XXIV tur oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 800 manat cərimə olunub.

"Səbail"lə görüşdə 4 oyunçusu sarı vərəqə alan "Neftçi" də eyni formada cərimələnib.

Qarşılaşma başa çatdıqdan sonra “Səbail”in qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb, klubunu 1600 manat xərcə salıb. Futbolçuya verilmiş 3 oyunluq cəzanın 2-si şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində  yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

"Keşlə” – “Qəbələ” matçının sonlarında isə qonaqların məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right