Monroz Azərbaycan xalqından üzr istədi

“Qəbələ”nin futbolçusu Stiven Monroz Azərbaycan Premyer Liqasının son turunda "Keşlə" ilə keçirilən oyunda etdiyi hərəkət barədə danışıb.

Newsport.az xəbər verir ki, o, hakimin israrından sonra şortunu tam yuxarı qaldırdığını bildirib. Fransalı hücumçu etdiyi hərəkətə görə üzr də istəyib:

"Hakim elə bilirdi ki, lasini çıxarmamışam, sadəcə yuxarı yığmışam. O hər dəfə israr etdikcə, şortu bir qədər də yuxarı qaldırdım. İstəmədən xoşagəlməz olayla üz-üzə qaldım. Hamı bilsin ki, orda mənim hansısa pis niyyətim olmayıb. Ağlıma gəlməzdi ki, adım belə biabırçılıqla hallanacaq. Ani yaşanan hal idi. Kimsə bunu özünə qarşı tərbiyəsizlik, azarkeşlərə hörmətsizlik kimi qəbul edirsə, bütün Azərbaycandan üzr istəyirəm. Başverənlərə görə çox üzgünəm. Tanıyanlar bilir ki, heç vaxt o cür əxlaqsız hərəkət etmərəm. Azərbaycanda olduğum müddətdə kimsə məndən artıq-əskik hərəkət görüb? Ola bilməz, tərbiyəm buna imkan verməz. Hər şey hakimin dönə-dönə israrı və ani diqqətsizlik üzündən baş verdi".(Futbol+)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right