“Sabah” Madridə gedəcək heyəti açıqladı

“Sabah” Futbol Klubunun üzvlərinin bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edəcəyi barədə məlumat vermişdik.

Newsport.az xəbər verir ki, artıq klubun layihədə kimlərlə təmsil olunacağı bəlli olub. 

Belə ki, “Sabah” FK Madriddə baş tutacaq yarışda U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.

Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.

“Dostluq üçün futbol” layihəsinin Azərbaycan qrupunun 
rəhbəri Rüstəm Əzimovdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah