Premyer Liqada debüt

Azərbaycan Premyer Liqasında XXV turun oyunları üçün təyinatlar açıqlanıb. Newsport.az xəbər verir ki, cari mövsümdə daha bir gənc hakim debüt edəcək.

 

Bu, Rövşən Rəcəbovdu. Rövşən son turda "Keşlə" - "Qəbələ" matçında 4-cü hakim olub ki, qonaqların fransalı legioneri Stiven Monroz ədəbsiz jestini ona edib. Nəticədə klub Monrozun hərəkətinə görə rəsmən üzr istəyərək futbolçusunu cərimələyəcəyini açıqlayıb. 

 

 

18 aprel (cümə axşamı)

“Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 16:45

 

“Qarabağ” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

 

19 aprel (cümə)

“Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

 

“Sabah” – “Neftçi”
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”, 18:30





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah