“Qarabağ” rekordçu, “Sabah” antirekordçudu

“Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə 5-ci böyükhesablı qələbəsini qazanıb. Newsport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri əvvəlki turlarda “Qəbələ”ni 4:1, “Keşlə”ni 5:1, “Zirə” və “Sumqayıt”ı eyni – 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Əyalət klubu bu göstəricidə mövsümün rekordçusudu. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. “Qarabağ”dan başqa, “Neftçi”, “Səbail” və “Keşlə” hərəyə 2, “Sumqayıt”la “Qəbələ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan “Sabah” antirekordçudu. “Səbail”, “Sumqayıt”, “Keşlə” hərəyə 2, “Zirə” və “Qəbələ” hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.

Mövsümdə 5-ci böyükhesablı qələbə “Qarabağ”a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar cari turnirdə zirvədə qərarlaşmamışdı. II turda ilk pilləyə yüksələn “Neftçi” isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah