Emil Balayev yenə ən yaxşılar arasında

Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Okjetpes"lə keçirdiyi görüşün ən yaxşıları arasında olub. Newsport.az klubun rəsmi saytına istinadən məlumatına görə, V turdakı 2:1 hesablı qələbənin ardından Balayev seçilən 3 oyunçudan biri olub.

Həmin qarşılaşmada komandasını 3 yüz faizlik qoldan xilas edən 25 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 242 xalla 3-cü yeri tutub. Oyunda "Tobol"un ən yaxşısı yarımmüdafiəçi Dmitri Miroşniçenko olub (275 xal). Digər orta sahə oyunçusu Nika Kvekveskiri isə 250 xalla 2-ci yeri tutub.

Qeyd edək ki, Emil Balayev III turda “Şaxtyor”la (Karaqanda) matçın ən yaxşı futbolçusu seçilmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah