“Spartak” Ayaz Quliyevsiz məğlubiyyətlə üzləşdi

Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Rostov”la üz-üzə gəlib. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Quliyev bu görüşün iştirakçısı olmayıb. Bir neçə gün öncə baş vermiş məlum hadisə əlaqədar əvəzedici heyətə göndərilmiş futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Hazırda “Spartak” 36 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah