Azərbaycan Premyer Liqası: 4 oyuna 4300 azarkeş

Azərbaycan Premyer Liqasının 24-cü turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun ilk görüşü Zirə İdman Kompleksinin stadionunda "Zirə" və "Sumqayıt" arasında baş tutub. Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi görüşü stadionda 500 nəfər izləyib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçında (3:0) 500, "ASK Arena"da reallaşan "Keşlə" - "Qəbələ" qarşılaşmasında (1:2) isə 1700 azarkeş qeydə alınıb.

 

Turun son oyunu "Bayıl Arena"da "Səbail" və "Neftçi" arasında baş tutub. 2:2 hesabı ilə başa çatan matçı 1600 nəfər izləyib.

 

Beləliklə, 24-cü turda 4300 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1075 fanat deməkdir.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah