Emin Mahmudov azarkeşlərdən dəstək istədi

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

Newsport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Səbail”lə heç-heçədən (2:2) sonra belə bir status paylaşıb:

“Əziz “Neftçi” azarkeşləri! Biz də sizin kimi bir hədəf – çempion olmaq üçün yaşayırıq! Buna görə də sizin məyusluğunuzu anlayıram! Bizim son 4 turda qələbə qazanmaqdan başqa yolumuz yoxdur! Sizsiz bunu həyata keçirmək çox çətin olacaq! Gəlin, geridə qalan 24 turda olduğu kimi, yenə də birlikdə olaq! Biz uzun yol keçmişik, artıq son addımlar qalıb! 4 tur! Birlikdə olaq və inşallah hədəfimizə çataq!

Biz meydanda vuruşacağıq, siz isə bizim dayağımız olacaqsız! Forza “Neftçi”!





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah