“Eştoril” Dadaşovun yoxluğunda məğlubiyyətlə üzləşdi

Futbol üzrə Portuqaliya Sequndasında 29-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Farense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Eştoril” 29 oyuna topladığı 48 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah