Hacıyev: "Essyen növbəti mövsüm bizə daha çox fayda verəcək"

“Səbail”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə qarşı oyun (2:2) barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görəgənc mütəxəssis “CBC Sport”a açıqlamasında matçı belə şərh edib:

“Neftçi”ni təhlil etmişdik. Bilirdik ki, uzun ötürmələrlə oynayırlar. Arxa xətdə etibarlı oynamaq üşün 3-lü müdafiəni seçmişdik. Oyunun gedişində isə hesabda geri düşdük və 4-lü müdafiəyə keçib daha hücumümeylli oynamağa başladıq”.

Hacıyev komandanın qələbə qolunun müəllifi olan gənc futbolçu Ədilxan Qarəhmədovun oyunu barədə bunları deyib:

“Çalışqan futbolçularımızdandı. Bu mövsüm Premyer Liqada meydana çıxan ən gənc futbolçudu. Gələcəkdə onun daha yaxşı oyunlarını görəcəyik. Qısa müddət ərzində əsas heyət üzvünə çevrilməsə, təəccüblənməyin”.

Baş məşqçi Maykl Essyenin gələcəkdə əsas heyətdə oynayıb-oynamayacağı ilə bağlı sualı belə cavablandırıb:

“Çalışırıq ki, ona şans verək. Müəyyən bir müddət imkan yaradırıq oynamağa. Essyen gələn mövsüm bizə daha çox fayda verəcək”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah