Samir Abasov: "Futbolçuların keyfiyyəti oyunun taleyini həll etdi"

Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Sumqayıt” (2:0) oyununda sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov görüş barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis qələbəni şərh edib:

"Oyuna pis başladıq. Qapımız qarşısında qol epizodları oldu, iki zərbə dirəkdən qayıtdı. Fasilədən sonra özümüzə gəldik. Komandamızdakı futbolçuların keyfiyyəti oyunun taleyini həll etdi. Bir qədər də yorğunluq görünürdü. Ya hava şəraitinə, ya da stadionun durumuna görə belə alındı. Əsas məsələ qələbə qazanmaq idi. Bunun da öhdəsindən gəldik".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah