"Qarabağ"dan uşaqlara dəstək - layihə

"Qarabağ" uğurlu sosial layihələrini davam etdirir. Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi daha bir alqışalayiq jestə hazırlaşır.

Bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la keçiriləcək oyunda hər iki komanda meydana autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla birgə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" aprelin 1-də "Sumqayıt"la XXII tur matçına Aprel döyşlərindəki şəhidlərin övladları və xüsusi maykalarda çıxmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah