"Sumqayıt" paytaxtda hazırlaşır: Əfran İsmayılov geri döndü

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün Bakı Olimpiya Stadionunun köməkçi meydançasında növbəti məşqini keçirib. Zədəsini sağaldan Əfran İsmayılov da artıq məşqlərə başlayıb. 

Təxminən 1,5 saat davam edən məşq prosesində topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub. 

Qeyd edək ki, aprelin 13-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 16:00-da start veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right