"Neftçi" - "Zirə" oyunundan sonra qalmaqal

Premyer Liqanın 23-cü turunda keçirilən "Neftçi" - "Zirə" oyunundan sonra qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, matç  bitdikdən sonra meydan sahibi komandanın futbolçudu Baqali Dabo rəqib oyunçu Bəxtiyar Həsənalızadəyə qeyri-etik jest edib. B.Həsənalızadə isə Dabonun üstünə hücum edib. Bundan sonra "Zirə"nin qapıçısı Orxan Sadıqlı görüşün baş hakimi İnqilab Məmmədovun üzərinə gedib. Baş verənlərə görə meydana polislər və "Zirə"nin baş məşqçisi Samir Abasov daxil olublar. Onlar çox çətinliklə aranı sakitləşdiriblər.

Qeyd edək ki, "Nefçti" - "Zirə" görüşü meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.






qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right