Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı Yenilənib

AÇ-2020-nin seçmə mərhələsinə start verilib. Azərbaycan milli komandası da mübarizəyə başlayıb.

Newsport.az saytının məlumatına görə, yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşıb. Oyunda hesabı millimiz açıb. Ramil Şeydayev 19-cu dəqiqədə "damalılar"ı mərkəzə dəvət edib. Lakin ilk hissənin sonlarında meydan sahibləri hesabda tarazlıq yarada biliblər - 1:1. İkinci hissənin sonlarına doğru xorvatlar 2-ci qolu vurub və oyundan qələbə ilə ayrılıb - 2:1.

Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

21 mart

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu, 1-ci tur

23:45. Xorvatiya - Azərbaycan - 2:1 
Qollar: 
Ramil Şeydayev, 19 (0:1), Barişiç, 44 (1:1), Kramariç, 79 (2:1) 
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right