Yurçeviç: "Xorvatiya kiçik komandalarla oyunlarda problemlər yaşayıb"

AÇ-2020-nin seçmə məhələsinin ilk oyunları çərçivəsində millimiz Xorvatiyanın qonağı olacaq.

Newsport.az-ın verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Nikola Yurçeviç oyundan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 52 yaşlı mütəxəssis öncə oyunla bağlı düşüncələrini bölüşüb:

- Qarşımızda güclü komanda durub, çətin oyun olacaq. Ancaq hazırlaşmışıq və yaxşı oyuna ümid edirik. Xorvatiya səviyyə baxımından bizi üstələyir, ancaq futbolda hər şey mümkündür. Xorvatiya dünya çempionatında 2-ci yeri tutmuş komandadır. Start heyətlə bağlı bəzi şübhələrim qalıb. 14 nəfər arasında 11-lik seçəcəm. Az sonra məşqimiz olacaq və son qərarlarımı qəbul edəcəm. 

- Zaqrebə rəqib komandanın baş məşqçisi kimi gəlmək necə hissdir?

- Əlbəttə, qəribə hisslərdir. Ancaq Azərbaycan yığmasını çalışdırdığım üçün qürur duyuram. İnanıram ki, vətənimdə uğurlu debüt olacaq.

- Dostlarınızla görüşməyə imkan tapa bildiniz?
- Yalnız qızımla görüşmüşəm. Ümid edirəm ki, sabah dostlarım məni salamlayacaq. Ailəm mənim yanımda olacaq və bizi dəstəkləyəcək. Dostlarımı isə bilmirəm (gülür).

- Azərbaycan Xorvatiyanı hansı cəhətlə təəccübləndirə bilər?
- Xorvatiya böyük yarışlarda həmişə möhtəşəm oynayır. Ancaq kiçik komandalarla seçmə mərhələ oyunlarda problemlər yaşayıblar. Bu da daha böyük üstünlüyümüz ola bilər.

Sportske Novosti





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right