Millimiz elit-raunda heç-heçə ilə start verdi Yenilənib

19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb.

Newsport.az saytının məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparacaq. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər: 
Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right