AFFA üç klubu cərimələdi Deviçə bir oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 21-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz  Premyer Liqasının 21-ci turunun “Sabah” – “Sumqayıt” matçında  qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 29-cu dəqiqəsində “Sabah”ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz  Premyer Liqasının 21-ci turunun “Zirə” – “Keşlə” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right