“Xəzər Lənkəran”ın yetirməsini istəyən xarici klub bilindi

Latviya çempionatında bir komandanın heyətində 5 azərbaycanlı futbolçunu görmək arzumuz çin olmadı.

Newsport.az-ın məlumatına görə, Vüqar Əsgərov “Dauqavpils”in birinci divizionun qalibi olub premyer-liqaya yüksəlməsində əsas pay sahiblərindən biri olmuşdusa, sonradan ona “Sumqayıt”ın üzvü Tural Bayramlı ilə gənc “Neftçi”li Elvin Sərkərov da qoşuldu. 

Hər iki futbolçu “Dauqavpils”lə müqavilə imzaladı. Lakin say daha artıq olmalı idi.

Çünki “Sumqayıt”ın bir başqa futbolçusu Nazim Bağırov da Latviyaya yollanmışdı və təxminən iki həftə müddətində komandanın məşqlərində iştirak etmişdi.

Təxminən iki həftə əvvəl “Xəzər Lənkəran”la “Neftçi”də oynamış, Portuqaliya və Xorvatiyada legioner həyatı yaşamış Elnur Cəfərov da onlara qoşuldu.

Hər iki futbolçu baxışdan uğurla keçməliydi ki, adları Dauqavpils təmsilçisinin növbəti mövsüm üçün iştirak ərizəsinə salınsın.

Deyək ki, Nazim gəncdi, karyerasını vərəqləyəndə hansısa ad və ya uğur ön plana çıxmır. Amma söhbət Elnurdan gedirsə, Elvinlə Turala “hə” deyən klub məntiqlə onun keçidinə gözüyumulu razılıq verməliydi. Alınmadı...

O, hazırda da Latviyadadı, geri dönməyib. Çünki yerli klublardan birinə keçidi hələ də gündəmdədi.

«Valmiera»nın məşqçilər korpusu Cəfərovu öz komandalarında görmək istəyir. Sadəcə, klubun sahibi bu transferə razılıq verməsini gözləmək lazımdı. O isə hazırda ölkə xaricindədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right