"Qarabağ"ın futbolçusu Fransa ilə oyun üçün milliyə dəvət aldı

“Qarabağ”ın qolkiperi Hannes Tor Halldorsson İslandiya millisinə dəvət alıb.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı qapıçı AÇ-2020 seçmə mərhələsinin ilk iki oyunu üçün yığmaya çağırılıb.

İslandiya yığması martın 22-si səfərdə Andorra və martın 25-i isə səfərdə Fransayla qarşılaşacaq.

Qeyd edək ki, Halldorsson ötən yay "Qarabağ"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right