"Keşlə" yoxlama görüşü keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Keşlə"də futbolçulara istirahət verilib. Newsport.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bu gün səhər saatlarında məşq edən paytaxt təmsilçisi hazırlığı martın 22-də bərpa edəcək. Baş məşqçi Tərlan Əhmədov fasilə zamanı yoxlama matçı planlaşdırır. Lakin rəqibin kimliyi və qarşılaşmanın keçiriləcəyi yer hələ bəlli deyil.

Qeyd edək ki, "Keşlə" fasilədən sonrakı ilk oyununu martın 30-da "Neftçi"yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right